İyul 21, 2017 12:01 Asia/Baku
  • İranın şimal-qərbində yeddi terrorçu ölüb və yaralanıb

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının Həmzeye Seyyedoşşohəda qərargahının ictimai əlaqələr bölməsi İranın şimal-qərb sərhədindəki sıfır məntəqəsində yeddi terrorçunun öldürülməsi və yaralanmasından xəbər verib.

IRIB-nin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının Həmzeye Seyyedoşşohəda qərargahının ictimai əlaqələr bölməsi bu gün bir məlumatda belə qeyd edib: Cümə axşamı günü gecə dünyanın zalım qüvvələrinin tabeliyində və əcnəbi casusluq orqanlarından olan bir qrup terrorçu İranın şimal-qərb sərhədindəki sıfır məntəqəsində terror hərəkətləri etmək niyyətində olubdur ki, Sepah-ın quru qoşunlarının sayıqlığı və qətiyyətilə ağır bir döyüşdə nakam qalıbdır.

Bu məlumatda sonra bildirilir: Bu toqquşmada üç terrorçu öldürülüb, dörd terrorçu yaralanıb, bir terrorçu həbs olunub, yerdə qalanları isə sərhədə tərəf qaçıblar.

Həmin məlumata əsasən, bu toqquşmada bir Sepah qüvvəsi şəhid olub, digər bir İslam İnqilabı keşikçisi isə yaralanıbdır.

Həmzeye Seyyedoşşohəda qərargahı həmçinin vurğulayıb: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah və İranın digər hərbi, kəşfiyyat və təhlükəsizlik orqanları İranın təhlükəsizliyi və asayişini hədələyəcək hər cür hərəkətlə qətiyyətlə rəftar edəcəklər.

 

Teqlər