İyul 21, 2017 14:41 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Amerikan-sionist lobbi İranla region ölkələrinin əlaqələrinin kəskinləşməsinə çalışır

Tehranın cümə namazı xitabətçisi amerikan-sionist lobbinin təzyiqlərini Küveytin İrana qarşı son hərəkətlərinin amili adlandırıb.

Küveyt dövləti dünən İranın həmin ölkədəki mədəniyyət və hərbi attaşelərinin ofislərini bağlayaraq, “Ələbduli qruplaşması” işi bəhanəsilə iranlı diplomatların sayını azaldıbdır.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrində Küveytin anti-İran hərəkətinə toxunaraq, deyib: Aydın şəkildə görünür ki, amerikan-sionist lobbi bu hərəkətin arxasında durubdur ki, İranın qonşuları ilə əlaqələrini kəskinləşdirmiş olsun.

Ayətullah Xatəmi İranı regionun ən güclü ölkəsi adlandırıb və belə söyləyib: Region ölkələri və qonşu ölkələrin xeyrinədir ki, İranla dostluq əlaqələrinə malik olsunlar, zira bu əlaqələr onların özlərinin xeyrinədir.

O, sonra belə qeyd edib: Amerikanın region ölkələrilə əlaqələrinin İranın qonşuları ilə əlaqələrindən fərqi budur ki, Amerika bu əlaqələrdən bir vasitə kimi istifadənin sonunda bu kimi ölkələrlə İraqın keçmiş diktatoru Səddam kimi rəftar edəcəkdir.

Tehranın cümə namazı xitabətçisi həmçinin Parisdə terrorçu münafiqlər qaragüruhunun yığıncağının keçirilməsinə toxunaraq deyib: Fransada münafiqlərin yığıncağının keçirilməsinə icazə vermək terrorizmə əməli dəstək vermək deməkdir.

Terrorçu münafiqlər qaragüruhunun yığıncağı iyulun birində Amerika və Ərəbistanın nümayəndələri, eləcə də terrorçuların başçılarının iştirakı ilə Parisin ətrafında yerləşən “Vilpent” məntəqəsində keçirildi.

Tehranın müvəqqəti imamcüməsi İŞİD-ı ötən milad əsrinin 80-ci onilliyində İrandakı münafiqlər qaragüruhunun tayı adlandırıb və belə əlavə edib: Fransanın yanmış münafiqlər fiqurlarından istifadə etməsi onların terror hərəkətlərinin Paris tərəfindən təsdiq edilməsi deməkdir.