İyul 23, 2017 15:13 Asia/Baku
  • Qasemi: Fələstin hələ də İslam Dünyasının bir nömrəli məsələsidir
    Qasemi: Fələstin hələ də İslam Dünyasının bir nömrəli məsələsidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü: Fələstinlilərə qarşı amansız repressiyaların davam etməsi və onlara Qüds şəhərində müqəddəs məkanlara giriş icazəsinin verilməməsi Fələstin məsələsinin hələ də İslam Dünyasının bir nömrəli məsələsi olduğuna dəlalət edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bazar günü fələstinlilərin namaz qılmaq üçün Əl-Əqsa məscidinə buraxılmaması adı altında Fələstin xalqına qarşı amansız repressiyaların davam etməsini kəskin formada qınayıb və deyib: Dünya ictimaiyyəti, beynəlxalq qurum və təşkilatlar, beynəlxalq medialar, xalqlar və dövlətlər sionistlərin bəşəriyyət əleyhinə yönəlmiş cinayətləri qarşısında Fələstin xalqını müdafiə etməlidir.

Qasemi bəzi region ölkələrinin o cümlədən İslam Dünyasının mərkəzi və İslam Dininin müdafiəçisi iddiasında olan Ərəbistanın İsrailin cinayətləri qarşısında sükut etməsini tənqid atəşinə tutub və beynəlxalq təşkilatlar xüsusi ilə də BMT-dən İsrail rejiminin fələstinlilərə qarşı zorakılıqları qarşısında qətiyyətli mövqe sərgiləməsini istəyib.

Teqlər