İyul 25, 2017 09:08 Asia/Baku
  • Qazı Əsgər: Bu il həcc şəraiti fərqli olacaq
    Qazı Əsgər: Bu il həcc şəraiti fərqli olacaq

Vəli Fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi və iranlı hacıların lideri bu ilki həcc şəraitinin fərqli olduğunu bildirib və deyib: "Həcc ilə İran və Ərəbistan arasındakı siyasi əlaqələr bir-birindən ayrı məsələlərdir şüarı ilə iranlıların həcc mərasimində iştirakına şərait yarada bilmişik".

İRNA-nın məlumatına görə, höccətülislam seyid Əli Qazı Əsgər bazar ertəsi günü axşam saatlarında İranın Gülüstan ostanının mərkəzi olan Qorqan şəhərində müdirlər, müavinlər, təşkilatçılar və sünni alimlər iclasında deyib: İran və Ərəbistan arasında diplomatik əlaqələrin kəsilməsini nəzərə alaraq, işlər hamımız üçün çətinləşib. Amma, bu çətinliklərin hacılar və Allah evi ziyarətçiləri üçün problem yaratmasına icazə verməməliyik.

Qazı Əsgər İranın Həcc və Ziyarət Təşkilatı ilə Ərəbistanın Həcc və Ziyarət Nazirliyi arasında əldə edilmiş anlaşmaya əsasən iranlı hacılar həcc əməllərini yerinə yetirərkən qarşı tərəfin həssas oldğu məsələlərə riayət etməlidirlər. Həmçinin, bu anlaşmaya əsasən hər iki ölkə üzərinə düşən öhdəliklərə əməl etməli və anlaşmanın düzgün formada icrasına nəzarət etməlidir.

İranlı hacıların lideri Mina və Məscidülhəram faciələrini xatırladıb və deyib: Təəssüflər olsun ki, Ərəbistanın qırğın ocağı olması barədə yanlış düşüncələrin formalaşdırılması düşmənin fitnəsi və pozuculuq ssenarisinin bir parçasıdır. Buna görə də, zəvvarlar təhlükəsizlik, siyasi və məzhəb məsələlərinə diqqət göstərməlidirlər. Əks təqdirdə, düşmən yaranmış şəraitdən şiə və sünni arasında qarşıdrma yaratmaq üçün maksimum istifadə etmiş olacaq.

 

Teqlər