İyul 25, 2017 17:39 Asia/Baku
  • İmam Rza(ə)-ın pak hərəmi çiçəyə bürünüb
    İmam Rza(ə)-ın pak hərəmi çiçəyə bürünüb

İmam Rza(ə)-ın bacısı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın səadətli mövlud günü və kəramət ongünlüyünün başlanması münasibətilə dünya şiələrinin səkkizinci imamı İmam Rza(ə)-ın pak hərəmi çiçək yağışına bürünüb.

Bu əzəmətli mərasim bu gün Məşhəd şəhəri qadınlarının bu şəhərin Şəhidlər meydanından əzəmətli yürüşü ilə başlanıb. Sonra mərasim iştirakçıları təbrik və hörmət əlaməti olaraq, əllərində çiçək dəstələrilə Həzrət Saminəlhucəc(ə)-ın ziyarətgahına tərəf gediblər.

İmam Rza(ə)-ın ziyarətgahının xüddamları da pak hərəmin girəcəklərində üzərlik və gülabla mərasim iştirakçılarını qarşılayıblar.

Teqlər