İyul 28, 2017 09:40 Asia/Baku
  • Xobreqan məclisinin idarə heyətinin yekun bəyanatı
    Xobreqan məclisinin idarə heyətinin yekun bəyanatı

İranın Xobreqan Məclisinin rəyasət heyəti ilə bu məclisin müxtəlif komissiyaların sədrləri arasındakı 2-ci müştərək iclasın sonunda yayılan bəyanatda Qüds məsələsi və Fələstin intifazəsinə dəstək vurğulanıb.

Xobreqan Məclisi dünən yaydığı bəyanatda bildirib: Qüds və məzlum Fələstin xalqının intifazəsi məsələsi dünyanın vicdanlı insanlarının ürəyində yaşayır və fələstinli gənclər sionist rejimin cinayətləri ilə qarşılaşmağın yeganə yolunun müqavimət olduğu qənaətinə gəliblər. 

Xobreqan Məclisi İslam İnqilabının Keşiçkiləri Korpusunu, İslami İranın müdafiə və raket gücünü himayə etdiyini bildirərək xatırladıb: İranın müdafiə gücü islam inqilabının ən önəmli nailiyyətidir və daima mühafizə edilməli olan milli strategiya və iftixardır. 

Xobreqan Məclisi həmçinin Amerikanın İrana qarşı yeni sanksiyaları barədə bildirib: Bu sanksiyalar son 38 ildəki sanksiyalar kimi nəinki İran İslam Respublikasının irəliyə doğru hərəkətinə təsirsiz ötüşəcək hətta İranda birliyə, bütövlüyə və daxili qabiliyyətlərə sövkənməyə gətirib çıxaracaq.