İyul 28, 2017 11:37 Asia/Baku
  • İmam Xomeyni(r.ə) milli komsmik stansiyası ölkənin kosmik sənayesinin ehtiyaclarını təmin edəcək
    İmam Xomeyni(r.ə) milli komsmik stansiyası ölkənin kosmik sənayesinin ehtiyaclarını təmin edəcək

İranın Elektronika Sənayesi Şirkətinin(SA) kosmik qrupunun sədr müavini deyib: İmam Xomeyni(r.ə) milli kosmik stansiyası ölkənin aeronavtik sənayesinin ehtiyaclarını 10 il müddətinə təmin edəcək.

Mehdi Nəsiri dünən İRNA-ya verdiyi müsahibəsində İmam Xomeyni(r.ə) milli kosmik stansiyasının istifadəyə verilməsinə toxunaraq deyib: İran İslam Respublikasının Müdafiə və  Silahlı Qüvvələrə Dəstək Nazirliyinin aeronavtika üzrə alimləri bu stansiyanı zalım sankiyalar şəraitində tam yerli imkanlarla və müasir standartlara uyğun şəkildə hazırlayıblar. 

Nəsiri deyib: Bu stansiya ona görə önəmlidir ki, aşağı yüksəklikdən çoxsaylı peykləri tullamaq qabiliyyətinə malikdir və bu peyklər vasitəsi ilə rabitə, siniptika, əşya interneti, İT və süni peyk rabitə xidmətləri eləcə də, GPRS xidmətlərinə şərait yaratmaq olar. 

İmam Xomeyni(r.ə) milli kosmik stansiyası dünən Simürq peyk daşıyan qurğunun orbitə yerləşdirilməsi sınağının uğurlu alınması ilə müdafiə naziri General Mayor Hüseyn Dehqan tərəfindən rəsmən istifadəyə verildi. 

Teqlər