Avq 05, 2017 19:05 Asia/Baku
  • Ayətullah Sadiq Amoli Laricani
    Ayətullah Sadiq Amoli Laricani

İranın məhkəmə hakimiyyətinin sədri deyib: İran xalqının 12-ci prezident seçkilərindəki 40 milyonluq iştirakı quruluşun respublikaçılığını dünyaya göstərdi.

Ayətullah Sadiq Amoli Laricani bu gün axşam İran İslam Respublikası prezidentinin İran İslam Şurası Məclisində keçirilən inauqurasiya mərasimində bildirib ki, İranda siyasi quruluşda dini demokratiya xalqın səsinə, dini təlimlərə və əxlaq dəyərlərinə söykənir. O, deyib: Bu siyasi quruluşda mövcud olan fəlsəfə metafizika, həm də dəyər cəhətlərindən zəngin bir fəlsəfə olaraq, liberal-demokrat quruluş paradokslarından uzaqdır. 

Sadiq Amoli Laricani əlavə edib: Bu gün bizim İslam Quruluşumuz ölkənin məsul şəxsləri xüsusiyyət təşkil etməklə xalq təbəqələrinin xaliscəsinə səyləri və ciddi-cəhdlərinə ehtiyaclıdır və Allah-Taala bu çətin yolda sizin işinizə kömək olsun.

Teqlər