Avq 06, 2017 17:24 Asia/Baku
  • ABŞ regionda terrorizmi qalıcı etmək iistəyir
    ABŞ regionda terrorizmi qalıcı etmək iistəyir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Təəssüflər olsun ki, Qərb dövlətləri və Amerika terrorizm ilə mübarizə aparmaq yerinə, regionda terrorizmin qalıcılığına kömək edən şübhəli addımlar atmaqla regionu gərginliyə sürükləyirlər.

Əli Şəmcani bazar günü Tehranda Suriyanın baş naziri İmad Xəmis ilə görüşdə deyib: Əgər qarşı tərəflər terrorçulara olan maliyyə, silah və texniki yardımlarını dayandırarlarsa, regionda sabitlik bərqərar olar və terrorizmin məhv olmasının şahidi olarıq.

Suriyanın baş naziri İmad Xəmis də bu görüşdə böhrandan xilas olmaq üçün siyasi həll yoluna üstünlüyün verilməsini əsas seçim adlandırıb və deyib: Suriya hökuməti davamlı olaraq silahlı olmayan müxalif qruplar ilə danışıqlar aparmağa hazır olub.

Teqlər