Avq 08, 2017 15:42 Asia/Baku
  • "Reno" və "İDRO" əməkdaşlıq sənədi imzaladılar

Fransanın "Reno" avtomobilqayırma şirkəti ilə İranın Sənayenin İnkişafı və Yenilənməsi Təşkilatı (İDRO) arasında əməkdaşlıq sənədi imzalanıb.

İRNA-nın məlumatına görə, bu birgə əməkdaşlıq bir mühəndislik mərkəzi, avtomobillər üçün yedək hissələr istehsal edən iranlı istehsalçıları himayə və ilkin mərhələdə illik istehsal gücü 150 min avtomobilolan bir avtomobilqayırma zavodunun təsis edilməsini əhatə edir. 

Bazar ertəsi günü Tehranda imzalanan bu sənədə əsasən Fransanın Reno şirkəti İranda satış və satışdan sonra xidmətlərin göstərilməsi üçün mərkəzlər təsis edəcək. 

İDRO-nun rəyasət heyətinin sədri Mənsur Müəzzəmi bu sənədin imzalanması mərasimində deyib: Anlaşmanın birinci etapı 660 milyon avro vəsait hesabına illik istehsal gücü 150 min avtomobil olan zavodun təsis edilməsidir. Bu zavodun məhsulları 2019-cu ildən bazara çıxarılacaq. 

Müəzzəmi əlavə edib: Bu anlaşmaya əsasən səhmlərin 60%-i Reno şirkətinin, 40%-i isə İDRO şirkətinin payına düşəcək. 

Müəzzəmi bu müqavilənin icra edilməsi ilə 3000-ə yaxın iş yerinin açılacağını proqnoz edərək, deyib: Renonun təhqiqat və inkişaf mərkəzi İranda yerləşəcək. 

Teqlər