Avq 14, 2017 09:57 Asia/Baku
  • İranın voleybol komandası dünya çempionatına vəsiqə qazandı
    İranın voleybol komandası dünya çempionatına vəsiqə qazandı

İranın yığma voleybol komandası Qazaxıstan millisi üzərində qələbə çalaraq, 2018-ci il dünya çempionatı yarışlarına vəsiqə qazandı.

İranın yığma voleybol komandası dünən İranın Ərdəbil şəhərində keçirilən voleybol üzrə dünya çempionatının Asiya məntəqəsi üzrə seçmə görüşlərinin davamında B qrupu üzrə yarışlarda özünün üçüncü görüşünü Qazaxıstan komandası ilə keçirərək, rəqibini 3-0 hesabı ilə məğlub edib.

İranın yığma voleybol komandası bu yarışlarda indiyədək üç qələbə və doqquz xal qazanıb. İranın yığma voleybol komandası bu gün sonuncu görüşündə Qətər komandası ilə görüşəcək.

İranın yığma voleybol komandası keçən iki görüşündə Çin və Cənubi Koreya komandalarını məğlub edibdir.

Voleybol üzrə 2018-ci il dünya çempionatı gələn il İtaliya və Bolqarıstanda keçiriləcəkdir.

Teqlər