Avq 14, 2017 20:59 Asia/Baku
  • İran voleybolunun son qurbanı; Qətər
    İran voleybolunun son qurbanı; Qətər

İranın voleybol üzrə millisi əvəzedici heyətlə Qətər yığmasını 3:0 hesabı ilə məğlub edib.

İRİB-in məlumatına görə, voleybol üzrə Dünya Çempionatı 2018-ə seçmə mərhələsinin üçüncü turunda Qazaxıstan yığmasını məğlub edərək mundiala vəsiqəni təmin edən İranın yığma komandası bu gün mərhələnin son matçında Qətəri məğlub edib.

Altı min ərdəbilli azarkeşin izlədiyi matçda Kulakoviç əvəzedici heyəti meydana buraxmışdı. Lakin əvəzedici heyət də start heyətdən heç də geri qalmadığını sübut edib. İlk setdə 25:22 hesabı ilə qalib gələn İran yığması 2-ci setdə rəqibə göz açmağa imkan verməyib: 25:19

Gedişatı uğurlu şəkildə davam etdirən iranlı voleybolçular qələbənin davamını da gətiriblər. Üçüncü set isə 25:18 hesabı ilə İran millisinin xeyrinə başa çatıb.

Beləliklə İran yığması Ərdəbil şəhərində keçirilən seçmə mərhələnin bütün oyunlarını qalib başa vuraraq 2018 Dünya Çempionatına vəsiqəni təmin edib.

Teqlər