Avq 15, 2017 12:50 Asia/Baku
  • İran xalçasının ötən dörd ayda təxminən 90 milyon dollar ixracatı olub
    İran xalçasının ötən dörd ayda təxminən 90 milyon dollar ixracatı olub

İranın Milli Xalça Mərkəzinin rəhbəri deyib: Ötən dörd ay ərzində 89 milyon dollar dəyərində əllə toxunan İran xalçası ixrac olunub.

İranın Milli Xalça Mərkəzinin rəhbəri Həmid Kargər çərşənbə axşamı günü XXVI İran Əllə Toxunan Xalça Sərgisinin mətbuat konfransında deyib: Ötən dörd ay ərzində ixrac olunan xalçanın dəyəri 2016-cı ilin analoji dövrü ilə müqayisədə 7,3% artımın olduğunu göstərir. 

Kargər ABŞ-ı İran xalçasının əsas idxalatçısı olaraq qeyd edib və deyib: 2016-cı ildə müxtəlif ölkələrə ixrac edilən İranın əllə toxunan xalçasının dəyəri 196 milyon dollar olub. Onun 90 milyon dolları ABŞ-ın payına düşür

XXVI İranın Əllə Toxunan Xalça Sərgisi 23-29 avqustda Tehranda keçiriləcək 

Teqlər