Avq 15, 2017 18:10 Asia/Baku
  • Səravanda narkomaddələrlə mübarizə polisinin canişini şəhid olub
    Səravanda narkomaddələrlə mübarizə polisinin canişini şəhid olub

İranın Sistan və Bəluçestan vilayətində yerləşən Səravan sərhəd şəhrestanının icra başçısı bu məntəqənin narkomaddələrlə mübarizə polisi canişininin narkotik maddələr qaçaqmalçıları ilə mübarizədə şəhid olmasından xəbər verib.

IRNA-nın məlumatına görə, Dərviş Naruyi belə qeyd edib: Baş leytenant Vəhid Reza Rəsuli bu gün günortadan sonra narkotik maddələr qaçaqmalçıları ilə mübarizədə yüksək şəhidlik dərəcəsinə çatıbdır.

İran İslam Respublikası dünyada narkotik maddələr qaçaqmalçıları ilə mübarizənin ön cəbhəsi kimi bu yolda üç mindən çox şəhid və ondan yuxarı yaralı təqdim edibdir.

BMT İranı narkotik maddələrlə mübarizənin bayraqdarı adlandırıbdır.

Teqlər