Avq 16, 2017 16:21 Asia/Baku
  • Qasemi: Amerika Dövlət Departamentinin hesabatı qərəzlidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerika Dövlət Departamentinin İranda dini azadlıqlar barədəki hesabatına reaksiyada deyib: İran bu hesabatı qeyri-real və qərəzli bilir ki, yalnız siyasi bəhrələnmə hədəfilə hazırlanıbdır.

Amerika Dövlət Departamenti bir hesabatda İranı antisemit hərəkətlərdə ittiham edərək, iddia edib ki, dini azlıqların məhbuslarının sayı Həsən Ruhaninin İranda hakimiyyətə gəlməsindən bəri artıbdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Amerika Dövlət Departamentinin hesabatında dinlər və dini əqidələr barədəki şərhlər haqda belə deyib: Dinlər və dini əqidələr barədə saxta və əsassız şərhlərin verilməsi sonda dinlərarası böhran və problemlərin kəskinləşməsi ilə nəticələnəcəkdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İran xalqı əsas qanunun mütərəqqi prinsipləri əsasında azadcasına və qanun çərçivəsində öz dini işlərini yerinə yetirir və qanun da bu azadlıqları qoruyur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü son belə söyləyib: Amerika müsəlmanları gündəlik surətdə polis və təhlükəsizlik qüvvələri kimi orqanlar tərəfindən kobud və ayrı-seçkilik hərəkətlərinə məruz qalırlar, belə ki, müsəlmanların ibadətgahlarına hücum, eləcə də onların müqəddəsləri və dini əqidələrinə hörmətsizlik Amerikada gündəlik bir məsələyə çevrilibdir.

Qasemi daha sonra belə qeyd edib: Amerika dövləti digər ölkələrdə dini azadlığın tətbiqi barədə mühakimə yürütmək yerinə, tez bir zamanda Amerikadakı müsəlmanların hüquqlarına riayət xüsusiyyət təşkil etməklə dini azadlığın qorunması üçün qanuni və real addımlar atmalıdır.

Teqlər