Avq 16, 2017 20:03 Asia/Baku
  • General Baqeri: Digər ölkələrin işlərinə qarışmamaq regionun təhlükəsizliyinə zəmanətdir

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu gün Türkiyənin müdafiə naziri ilə görüşdə vurğulayıb ki, digər ölkələrin işlərinə qarışmamaq və onların ərazi bütövlüyünə hörmət regionda təhlükəsizlik, sülh və sabitliyə zəmanətdir.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Mohəmməd Baqeri bu gün Ankarada Türkiyənin müdafiə naziri Nurettin Canikli ilə görüşdə iki ölkənin dərin mədəni, tarixi və geopolitik bağlılıqlarına toxunaraq, deyib: İran-Türkiyə sərhədləri ötən 400 il ərzində daim dostluq sərhədləri olubdur.

General Baqeri ümidvarlıq edibdir ki, Türkiyəyə səfər ikitərəfli əməkdaşlıqları artırmaqdan əlavə, Tehran ilə Ankara arasındakı müdafiə həmkarlıqlarının genişlənməsində bir dönüş nöqtəsi olacaq.

Nurettin Canikli də bu görüşdə Ankaranın əcnəbilərin regiona daxil olmalarının qarşısını almaq üzrə əzmkarlığını vurğulayıb və general Baqerinin Türkiyəyə səfərindən məmnunluq ifadə edərək, deyib: İranın hərbi heyətinin belə bir yüksək səviyyədə iştirakı müştərək əlaqələr və həmkarlıqların inkişafına kömək edə bilər.

Bu görüşdə həmçinin qərara alınıbdır ki, müdafiə sənayesi sahəsində iki ölkənin tədqiqat və universitet həmkarlıqları üzrə anlaşma sənədinin ilkin mətni iki ölkə nazirlərinin imzası üçün işlənib hazırlansın.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi habelə bu gün Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə görüşməlidir.

General-leytenant Baqeri dünən də Ankara səfərinin ilk günündə Türkiyə ordusunun baş qərargah rəisi Hulusi Akar ilə görüşərək, onunla müzakirə aparmışdı.

Teqlər