Avq 17, 2017 17:28 Asia/Baku
  • İran basketbolunun kapitanı Asiyada tarix yazdı
    İran basketbolunun kapitanı Asiyada tarix yazdı

İran İslam Respublikası basketbol yığma komandasının kapitanı Asiyada ilk dəfə 700 xal toplayan idmançı olub.

Fars Xəbər Agentliyinin məlumatına görə, İranın basketbol üzrə yığma komandası çərşənbə gecə Asiya Kuboku çərçivəsində ev sahibi Livan yığmasını məğlub edib və yarımfinala vəsiqə qazanıb. 

İran yığmasının kapitanı Hamid Həddadi bu matçda 33 xal toplayıb və Asiyada ümumilikdə xallarının sayını 700-ə çatdırıb. 

Hamid Həddadi Asiyada 700-dən çox xal toplayan ilk basketbolçudur. 

İranın basketbol üzrə yığma komandası şənbə günü Asiya Kubokunun yarımfinalında Cənubi Koreya yığması ilə qarşılaşacaq. 

 

Teqlər