Avq 17, 2017 19:06 Asia/Baku
  • General-mayor Əmir Hatəmi
    General-mayor Əmir Hatəmi

İran İslam Respublikasının müdafiə naziri postuna təklif olunan namizəd bildirib: İran bütün sahələrdə, xüsusilə də ballistik, kruz və hava müdafiəsi sahələrində öz raket qüdrətini inkişaf etdirəcək.

İRİB-in məlumatına görə, cümə axşamı günü İran İslam Şurası Məclisində Həsən Ruhaninin Nazirlər Kabineti üçün təklif etdiyi namizədlərin proqramlarının araşdırılması üzrə iclasda general-mayor Əmir Hatəmi İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin mövcud potensialları qorumaqla yanaşı bütün sahələrdə, xüsusilə də ballistik, kruz və havadan müdafiə sahələrində İranın raket qüdrətini inkişaf etdirəcəyini deyərək xatırladıb: Müqavimət İqtisadiyyatı strategiyası və İranın yerli örnəyinə əsasən, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin minimum xərclə İranın milli təhlükəsizliyi və müdafiəsinin təmin olunması üçün səyləri öz bəhrəsini vermişdir. 

Müdafiə naziri postuna təklif olunan namizəd əlavə edib: Bu gün Allahın köməyi ilə İran İslam Respublikası ən yüksək müdafiə qüdrətinə malikdir. 

General-mayor Hatəmi regional səviyyədə də stabillik və təhlükəsizliyin bölgəyə qayıtması üçün İran İslam Respublikasının sədaqətli səylərinin öz bəhrəsini verdiyini bildirərək deyib: Düşmənlər regional və beynəlxalq qüdrət pramidasında İranın yüksək yerini etiraf edirlər. 

İran İslam Respublikası prezidentinin nazirlər postuna təklif etdiyi namizədlərin proqramlarının araşdırılması üzrə İran İslam Şurası Məclisinin plenar iclası çərşənbə axşamı günü başlanıb və davam edir. 

Teqlər