Avq 17, 2017 20:09 Asia/Baku
  • General Baqiri
    General Baqiri

İranın yüksək səviyyəli hərbi Türkiyəyə səfərinin davamında ötən gün Türkiyə prezidenti, milli təhlükəsizlik təşkilatı rəisi və müdafiə naziri ilə görüşərək danışıqlar aparıb.

Bu görüşlər səmərəli və ümidverici nəticələrdən xəbər verir. Ordu generalı Baqiri Türkiyə müdafiə naziri ilə görüşdə deyib: Sərhədlərimiz ötən 400 il ərzində həmişə dostluq sərhədləri olmuşdur. İki prinsip, ölkələrin ərazi bütövlüyü və hakimiyyətinə hörmətlə yanaşmaq və bir-birinin daxili məsələlərində müdaxilə etməmək region ölkələri üçün təhlükəsizlik, sülh və stabilliyin təyinedicisi ola bilər.

Türkiyə müdafiə naziri Nurətdin Canıklı da əcnəbilərin regiona girişinin qarşısını almaq üzrə Ankaranın qətiyyətli iradəsini qeyd edərək deyib: Belə yüksək səviyyədə İranın hərbi heyətinin iştirakı müştərək müdafiə əməkdaşlıqların inkişafına kömək edə bilər.

İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri deyib: Regional məsələlər haqda danışıqlarımız oldu. Ən önəmli məsələ İraqın şimalında Kürdüstanda sentyabr ayının ortalarında referendumun keçirilməsinin elan olunması haqda idi. Bu barədə iki ölkənin eyni mövqeyi vardır. Bu referendum baş tutarsa, İraqın daxilində bir sıra gərginlik və qarşıdurmaya səbəb olacaq. Bir çox razılaşmalar əldə olundu. Həm hərbi əməkdaşlıqlar sahəsində, həm də təhlükəsizlik sahəsində, iki ölkənin birgə sərhədlərinin təhlükəsizliyi haqqında.

İranın yüksək səviyyəli hərbi rəsmisinin Türkiyəyə səfəri bu ölkə medialarının da diqqət mərkəzində idi. Müdafiə əməkdaşlıqları və sərhəd məsələləri, Qətər böhranı, İran sərhədində divarın çəkilməsi, terrorizmlə mübarizə və Suriyanın şimalında İdlibdə təhlükəsiz zonanın yaradılması medialarda diqqət mərkəzində saxlanılan əsas parametrlərdən idi.

Türkiyə ordusunun təqaüdə çıxmış admiralı Sönər Poladın dediyinə görə, ordu generalı Baqirinin səfəri, iki ölkənin hərbi əlaqələrində inqilab mənasında və Türkiyənin qərbin siyasətlərindən uzaqlaşmasının ən önəmli nişanəsidir. O bildirir ki, belə yaxınlaşmalar olarsa, ABŞ, Avropa Birliyi və NATO-da qiyamət qopacaq. Ordu generalı Baqiridən sonra, Ankaranın yaxın gələcəkdə Rusiya ordusu baş qərargahının rəisi və Küveytin baş nazir müavini və müdafiə naziri Məhəmməd Hamid Əs-Sabaha ev sahibliyi edəcəyi gözlənilir.

Ötən gün həmçinin ordu generalı Baqiri Türkiyə Diyanət İşlər Nazirliyinin məscidi ilə yaxından tanış olub və bu binanın bəzi mədəni məsulları ilə danışıqlar aparıb.