Avq 20, 2017 12:10 Asia/Baku
  • İran prezidenti təklif etdiyi nazirləri müdafiə edib
    İran prezidenti təklif etdiyi nazirləri müdafiə edib

İran İslam Respublikası prezidenti İslami Şura Məclisinin plenar iclasında hazır olaraq təlif etdiyi nazirləri son müdafiə fürsətindən istifadə edib.

İİR prezidenti Həsən Ruhani bu gün parlamentin plenar iclasında etdiyi çıxışında təklif etdiyi 17 nazirin müvafiq və muxaliflərinə öz təşəkkürünü bildirərək deyib: Hökumət və parlament İranın böyük xalqının tələblərindən ibarət ağır yükü daşıyırlar. 

Ruhani nazirlik postları üçün ən layiqli, ən yaxşı və ən güclü şəxsləri parlamentə təklif etdiyini deyib. 

İran prezidenti həmçinin növbəti hökumətin üsulçuluq, islahatçılıq və etidalçılıqdan daha geniş olduğunu bildirərək deyib: İran və bütün nazirlər üçün üçün bugünkü prioritet iş yerlərinin yaradılmasıdır və təhlükəsizlik, azadlıq və sakitlikdən başqa bir yol yoxdur. 

İran prezidentinin çıxışından sonra təklif olunan nazirlərin hər birinə ayrı-ayrılıqda etimad səsinin verilməsinə başlanılıb. 

Teqlər