Avq 21, 2017 10:43 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramını(ƏMTP) mühafizə etmək və Amerikanın ilqarsızlıqlarının qarşısını almaq İran İslam Respublikasının prioritetidir.

İran ilə 5+1 qrupu arasında nüvə anlaşması 2016-cı il yanvar ayından icra olunmağa başladı, amma ABŞ dövləti bu qrupun üzvlərindən biri olaraq daima bu sazişi pozur. 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə İranın 2-ci telekanalına verdiyi açıqlamada deyib: Amerikaya nüvə sazişini İranın xərci ilə pozmaq imkanı verməməliyik. 

Mariya Zaxarova da cümə günü Amerikanın ƏMTP qarşısındakı maneəçiliklərinə toxunaraq demişdi ki, Amerika bu beynəlxalq razılaşmanı dağıda bilməz. 

ABŞ prezidenti Donald Tramp ƏMTP-nin digər tərəflərinin əksinə, bu razılaşmanı dəhşətli saziş adlandırıb və onun ləğv edilməsinə çağırıb. 

Trampın nüvə sazişinə qarşı düşmən mövqeyinə rəğmən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurasının hesabatlarında İran İslam Respublikasının ƏMTP qarşısındakı bütün öhdəliklərini yerinə yetirdiyini vurğulayıblar. 

İİR XİN rəhbəri həmçinin qonşularla yaxşı əlaqələrin, müqavimət iqtisadiyyatı diplomatiyasının İranın digər prioritetlərini təşkil etdiyini bildirib. 

Zərif regiondakı destabilliyə də toxunub: " Amerika və onun müttəfiqləri o sıradan sionist rejim terrorçu qrupları icad edib onlara dəstək verməklə regionda destabilliyi və ifratçılığı yayıblar. 

İranın xarici işlər naziri regionun sakitliyə ehtiyaclı olduğunu bildirərək deyib: Region ölkələri təhlükəsizliyin  regiondan kənardan və digər ölkələrdən satın alınası məhsul olmadığı qənaətinə gəlməlidirlər. 

Zərif İran İslam Respublikasının regionun içindən doğan təhlükəsizliyə malik olan yeganə ölkəsi olduğunu bildirərək deyib: İran terrorizm və ifratçılıq ilə mübarizəni davam etdirəcək. Bu region üçün zərurətdir və hamı bu mübarizəyə qoşulmalıdır. 

Teqlər