Avq 22, 2017 17:58 Asia/Baku
  • General mayor Əmir Hatəmi
    General mayor Əmir Hatəmi

İran İslam Respublikası müdafiə və silahlı qüvvələrə dəstək naziri İranın müqavimət məhvərinə himayələrinin davam edəcəyini bildirib.

General mayor Əmir Hatəmi bu gün Müdafiə Naziri kimi təqdimat mərasimində etdiyi çıxışında həmçinin müdafiə sənayesi günü münasibəti ilə iştirakçıları təbrik edərək deyib: İranın Müdafiə Nazirliyinin islam inqilabının keşikçiləri korpusu, ordu və nizam-intizam qüvvələrini havadan müdafiə, raket, dəniz, sərhəd və digər sahələrdə hər tərəfli himayəsi daha geniş miqyasda davam etdiriləcək. 

General Hatəmi deyib: İslami İranın müdafiə sənayesi sahəsindəki güclülüyü bu sənayedə fəaliyyət göstərən mütəxəssislərin, keçmiş müdafiə nazirlərinin və bu sahənin sədaqətli işçilərinin səyləri nəticəsində mümkün olub. 

İranın islami şura məclisinin üzvləri bazar günü 261 müvafiq səslə General Mayor Əmir Hatəmini Müdafiə Naziri vəzifəsinə layiq gördülər. 

İran təqvimində 22 avqust müdafiə sənayesi günü kimi qeyd olunur. 

Teqlər