Avq 28, 2017 09:41 Asia/Baku
  • İranlı yeniyetmə voleybolçular dünya çümpionu olublar
    İranlı yeniyetmə voleybolçular dünya çümpionu olublar

İranın 19 yaşın altında olan voleybol komandası Yeniyetmələr üzrə Dünya Çempionatının final mərhələsində Rusiyanın güclü komandasına qalib gələrək dünya çempionu adını qazanıblar.

İRNA-nın dünən verdiyi məlumata görə, Bəhreynin Riffa şəhərində keçirilən yarışlarda İran komandası 3-1 hesabı ilə Rusiya komandasına qalib gələrək dünya çemponu adını qazanıb. 

19 yaşın altında voleybol komandaları arasında keçirilən 15-ci çempion yarışları avqustun 18-də Bəhreyndə başlandı və dünən İran komandasının qələbəsi ilə sona çatdı. 

Yarışda Rusiya, Yaponiya, Cənubi Koreya, Fransa, Misir, Çexiya və Braziliya 2-ci, 8-ci yerləri tutublar. 

Teqlər