Sen 15, 2017 09:00 Asia/Baku
  • İranın BMT-dəki nümayəndəsi: ABŞ-ın sanksiyaları nüvə anlaşmasına ziddir
    İranın BMT-dəki nümayəndəsi: ABŞ-ın sanksiyaları nüvə anlaşmasına ziddir

İranın BMT-dəki nümayəndəsi istənilən sanksiyanın diplomatiya və dialoqa qarşı olduğunu və məsələlərin həllinə kömək etməyəcəyini bildirərək deyib: ABŞ xarici siyasətində bir vasitə olaraq sanksiyanı kənara qoymalıdır.

İranın BMT-dəki nümayəndəsi Qulaməli Xoşru cümə axşamı günü Nyu-Yorkda İRNA və İRİB müxbirlərinə verdiyi müsahibədə ABŞ-ın İran əleyhinə yeni sanksiyaları haqda deyib: Nüvə anlaşmasına əsasən ABŞ Əhatəli Müştərək Təşəbbüs Proqramını qorumalı və öncədən tətbiq olunan sanksiyalar durdurulmalıdır. 

Qulaməli Xoşru əlavə edib: İran əleyhinə nüvə sanksiyalarının dayandırılmasının müddətinin artırılmasına gəlib çatdıqda, amerikalılar ABŞ xalqı və Konqresinə sərt mövqedə durduqlarını göstərmək üçün bir sıra şəxsləri əsassız səbəblərlə sanksiyalar siyahısına əlavə edir və yeni sanksiyaların nüvə sanksiyalarına aid olmadığını iddia edirlər. 

ABŞ hökuməti cümə axşamı günü İran əleyhinə yeni sanksiyalar tətbiq etməklə yanaşı İran İslam Respublikasına qarşı nüvə sanksiyalarının ləğv edilməsinin müddətini 120 gün uzadıb. 

ABŞ Dövlət Departamenti cümə axşamı günü 2015-ci il nüvə anlaşması çərçivəsində İran əleyhinə sanksiyaların durdurulmasının müddətini uzadıb. 

Teqlər