Sen 19, 2017 09:01 Asia/Baku
  • Ruhani: Nüvə anlaşmasının nailiyyətləri zəifləməməlidir
    Ruhani: Nüvə anlaşmasının nailiyyətləri zəifləməməlidir

İran İslam Respublikası prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramının nailiyyətlərinin zəifləməsinə icazənin verilməməsini qeyd edərək deyib: Nüvə anlaşmasının bütün tərəfləri sadiq qalmaqdan əlavə, digər üzvlərə öz öhdəliklərini yerinə yetirməyi xatırlatmalıdırlar.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Fransa prezidenti Emmanuel Makronla bazar ertəsi günü günortadan sonra Nyu-Yorkda görüşüb. Görüşdə prezident Ruhani nüvə anlaşması ilə əlaqədar ABŞ-ın hazırkı hökumətinin davranışlarını dünya ictimaiyyəti üçün nigaranedici adlandırıb.

Ruhani bildirib: Nüvə anlaşmasına nəzarət edən yeganə qurum Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdir. Bu agentlik indiyə qədər yeddi dəfə açıq-aşkar şəkildə İranın anlaşmaya sadiq qaldığını vurğulayıb və bəziləri nüvə anlaşması kimi aydın perspektivli anlaşmaları başqa məsələlərlə şərtləndirməməlidirlər. 

Ruhani həmçinin İraqın vəziyyəti, dünya ictimaiyyəti, o cümlədən Fransanın İraqın konstitusiyası və ərazi bütövlüyünü hərtərəfli şəkildə dəstəkləməsinin əhəmiyyətini diqqətə çatdırıb və deyib: İraq kürd muxtariyyətində referendumun keçirilməsi məsələsi və region ölkələrinin coğrafi və sərhəd dəyişikliyi istiqamətində hər hansı hərəkət təhlükəlidir. 

Fransa prezidenti Emmanuel Makron da bu görüşdə Parisin Tehranla əlaqələrinin genişləndirilməsi üzrə iradəsini qeyd edib və bildirib: Fransa nüvə anlaşmasının tam şəkildə icra olunmasını istəyir və onun haqqında hər hansı yeni müzakirənin aparılmasını mənasız sayır. 

Teqlər