Sen 20, 2017 08:05 Asia/Baku
  • Ruhani: Ərəbistan Yəmənə təcavüzü dayandırsın
    Ruhani: Ərəbistan Yəmənə təcavüzü dayandırsın

İran İslam Respublikası prezidenti Ərəbistan və müttəfiqlərinin Yəməndə törətdiklərini o cümlədən mülki əhalinin bombardman edilməsini yanlış və bütün beynəlxalq və humanist qaydalara zidd adlandırıb və deyib: Yəmən xalqının qırğın edilməsini heç bir vəchlə əsaslandırmaq olmaz.

Həsən Ruhani çərşənbə axşamı Amerikada bir sıra media təmsilçisi ilə görüşdə deyib: İran İslam Respublikası  Yəmənə qarşı hücumların dəhral durdurulmalı, bu ölkəyə humanitar yardımların göndərilməli və böhranın həlli üçün müzakirələrə şəraitin yaradılmalı olduğu qənaətindədir. 

İran İslam Respublikası prezidenti həmçinin, deyib: İran İslam Respublikası daim region ölkələrinin birbaşa olaraq İrandan istədikləri zaman problemlərin həll edilməsində ölkələrə yardım etməyə çalışır və elə buna əsasən İran İraq və Suriyada terrorizm ilə mübarizəyə dəstək verir. 

Ruhani İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi xüsusunda da deyib: Bu referendumun keçirilməsi İraq və regionda təhlükəsizlik və sülhü ciddi təhlükə ilə üzləşdirmiş olacaq. 

İran İslam Respublikası prezidenti region ölkələrinin coğrafi sərhədlərinin dəyişməməli olduğunu vurğulayaraq, deyib: Bu addım sonu məlum olmayan gərginliklər silsiləsinin başlanması olacaq.