Sen 20, 2017 08:43 Asia/Baku
  • BMT və İƏT Myanma müsəlmanlarının vəziyyətinə uyğun cavab versinlər
    BMT və İƏT Myanma müsəlmanlarının vəziyyətinə uyğun cavab versinlər

İran İslam Respublikası prezidenti çərşənbə axşamı Myanmanın BMT-dəki təmas qrupunun Nyu-Yorkdakı iclasında Rohinca müsəlmanlarının ilkin hüquqlarının kobud şəkildə pozulmasına laqeyd münasibətin ifratçılığın daha da genişlənməsinə səbəb olduğunu deyərək, BMT və İslam Əməkdaşlıq Təşkilatından Myanma müsəlmanlarının acınacaqlı durumuna münasib bir rəftar nümayiş etdirmələrini istəyib.

Həsən Ruhani deyib: Myanma dövləti bilməlidir ki, insanların öz torpaqlarından qovulması və onların digər ölkələrə qaçmağa məcbur edilməsi böhranın həll yolu sayılmır. 

İran İslam Respublikası prezidenti əlavə edib: Myanma dövləti bu ölkə müsəlmanlarının köhnə yaralarına vətəndaşlıq hüququnun təmin edilməsi ilə dərman olmalıdır. 

Ruhani İranın Myanma müsəlmanlarına yardım etməyə hazır olduğunu deyərək, əlavə edib: İran İslam Respublikası insan haqlarına, insan kəramətinə və Rohinca müsəlmanlarının təhlükəsizliyinə zəmanət verən bütün həll yollarını himayə edir.