Sen 20, 2017 10:15 Asia/Baku
  • İranın Netanyahunun BMT-dəki anti-İran və yalançı iddialarına cavabı
    İranın Netanyahunun BMT-dəki anti-İran və yalançı iddialarına cavabı

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyinin koordinatoru İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı anti-İran çıxışının riyakarlıq və fırıldaqçılıqdan başqa bir şey olmadığını deyib.

Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında İran İslam Respublikasına qarşı iddialarını təkrar edərək, nüvə anlaşmasının ləğv edilməsini istəyib. 

İRİB-nin verdiyi məlumata görə, Hüseyn Məliki deyib: İsrailin nüvə anlaşması ilə müxalifət etməsi bu rejimin diplomatiya ilə müxalif olan militarist mahiyyətindən qaynaqlanan bir məsələdir. Müharibə və qarşıdurma üzərində qurulmuş bu rejim sadcə savaş və gərginliyi himayə edir. 

Məliki əlavə edib: Netanyahu bu rejimin indiyə kimi 15 dəfə müharibə törətməsi, BMT Baş Assambleyasının onlarla və Təhlükəsizlik Şurasının yüzlərlə qətnaməsini kobud şəkildə pozması, terrorizmi dəstəkləməsi və terrorçuları silahlandırması, minlərlə fələstinlini həbs və işgəncə etməsinə görə cavab verməlidir. 

Teqlər