Sen 20, 2017 20:22 Asia/Baku
  • Moqerini - Zərif görüşü; AB bir daha nüvə anlaşmasına sadiq olduğunu vurğuladı
    Moqerini - Zərif görüşü; AB bir daha nüvə anlaşmasına sadiq olduğunu vurğuladı

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi çərşənbə günü Nyu-Yorkda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb, danışıqlar aparıb.

İRİB-nin verdiyi məlumata görə, Moqerini bu görüşdə bir daha Avropa Birliyinin nüvə anlaşmasına sadiq olduğunu vurğulayıb. Bu görüşdə həmçinin, iki tərəf nüvə anlaşmasının son durumunu araşdırıblar. 

Tehran vaxtı ilə sabah səhər nüvə anlaşması üzrə birgə komissiyanın Nyu-Yorkda xarici işlər nazirləri səviyyəsində iclası nəzərdə tutulub. 

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini çərşənbə axşamı da Rusiya xarici işlər naziri Sergey Lavrov ilə də görüşüb, danışıqlar aparmışdı. 

Teqlər