Sen 21, 2017 13:15 Asia/Baku
  • İran yığması finala vəsiqə qazandı
    İran yığması finala vəsiqə qazandı

İranın yeddi nəfərlik futbol üzrə yığma komandası İngiltərə yığmasını məğlub edərək Dünya Çempionatına vəsiqə qazanıb.

İRİB-in məlumatına görə, İranın yeddi nəfərlik yığma komandası Argentinada keçirilən çempionatda 3:1 hesabı ilə İngiltərə yığmasını məğlub edib.

Turnirin digər oyununda Ukrayna yığması Rusiyanı məğlub edib və finalda İran yığması ilə qarşılaşacaq. 

7 nəfərlik futbol üzrə Dünya Çempionatının finalı 23 sentyabrda Argentinanın San Luis şəhərində keçiriləcək. 

Çempionat 10 sentyabrdan 16 komandanın iştirakı ilə start götürüb və 23 sentyabrda sona çatacaq. 

 

Teqlər