Sen 22, 2017 14:03 Asia/Baku
  • İran yeni raketini təqdim etdi:

Bu gün Tehranda İran İslam Respublikası Silahlı Qüvvələrinin hərbiparadında yeni uzaqmənzilli "Xorrəmşəhr" ballistik raketinintəqdimatı olub.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı general-mayor Əmirəli Hacızadə bu raket sistemi haqda deyib: "Xorrəmşəhr" raketi 2000 kilometrlik uçuş məsafəsinə malikdir və bir neçə döyüş başlığı daşımağa qadirdir.

Bu gün cümə 22 sentyabr İraqın İrana hücum etməsi ilə 8 illik Müqəddəs Müdafiə dövrünün başlandığı günə təsadüf edir.

İranda Müqəddəs Müdafiə Həftəsinin ilk günündə Tehranda İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in məqbərəsinin kənarında habelə, İranın bütün şəhərlərində hərbi paradlar keçirilib.

İranın cənubunda isə ordu və Sepah-ın qırıcıları Fars körfəzi suları üzərində uçublar.

Həmçinin, ordu və Sepah-ın dəniz qoşunları Fars körfəzi və Hörmöz boğazı sularında İran silahlı qüvvələrinin iqtidarını nümayiş etdiriblər.

Teqlər