Sen 22, 2017 15:06 Asia/Baku
  • Tehranın müvəqqəti imam cüməsi: Tramp səfeh, yalançı və militaristdir

Tehranın müvəqqəti imam cüməsi ABŞ prezidentinin BMT Baş Assambleyasındakı çıxışını ucuz adlandırıb və deyib: Donald Tramp səfeh, yalançı və militaristdir.

Tramp çərşənbə axşamı BMT Baş Assambleyasındakı çıxışında İran İslam Respublikasını terrorizmi himayə etməkdə ittiham edib.

Höccətülislam vəlmüslimin Kazım Sədiqi bu gün Tehranda cümə namazı xütbələrində deyib: Trampın qeyri-diplomatik çıxışı ABŞ-ın əsəbiliyi və çarəsizliyinin nişanəsidir.

Tehranın müvəqqəti imam cüməsi ABŞ-ın regionla bağlı planlarının uğursuz qalmasınaişarə edib və deyib: İran İslam Respublikası, müqavimət qüvvələri və Rusiya ötən aylarda ABŞ və müttəfiqləri tərəfindən himayə edilən terrorçulara ağır zərbələr endiriblər.

Höccətülislam vəlmüslimin Kazım Sədiqi İŞİD, Əl-Qaidə, Taliban və digər terrorçu qrupları ABŞ və Ərəbistanın övladları adlandırıb və deyib: Amerika və Ərəbistan öz xalqlarının milyonlarla dollar vəsaitini terrorçu qrupların yaradılması və təchiz edilməsinə xərcləyirlər.

Tehranın müvəqqəti imam cüməsi həmçinin, İran İslam İnqilabını dünya məzlumlarının inqilabı adlandırıb və deyib: İran İslam Respublikası daim İraq və Suriyada terrorizm ilə savaşa dəstək verəcək.

Höccətülislam vəlmüslimin Kazım Sədiqi Tehranın cümə namazı xütbələrində həmçinin, Məhərrəm ayının gəlib çatması münasibətilə başsağlığı verib və deyib: İmam Hüseyn(ə) zəmanəsinin tağut və zalım quruluşuna qarşı qiyam etmişdi.