Sen 23, 2017 10:12 Asia/Baku

Bu gün, 1396-cı günəş ili, mehr ayının biri, 2017-ci il sentybarın 23-ü, bütün İranda məktəblər açılaraq, yeni dərs ili başlanıb.

96-97-ci dərs ili bu gün səhər İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Tehran məktəblərindən birində məktəb zəngini çalması və 13 milyon məktəblinin iştirakı ilə bütün İslami İranda rəsmən başlanıbdır.

Həsən Ruhani yeni dərs ilinin başlanmasının simvolu kimi mətkəb zəngini çaldıqdan sonra məktəblilər və məsul şəxslər qarşısında çıxış edərək, məktəblilərdən "mehr sorğusu" layihəsi ənənəsinin davamında bu il 18-ci "mehr sorğusu"nu həyata keçiribdir.

Həmçinin bu mərasimlə bir zamanda bütün İranda 146 təhsil layihəsi istifadəyə verilibdir.

Teqlər