Sen 23, 2017 16:41 Asia/Baku
  • General Hatəmi: İran raket istehsalı üçün bir kəsdən icazə almır
    General Hatəmi: İran raket istehsalı üçün bir kəsdən icazə almır

İranın müdafiə naziri vurğulayıb ki, İran hava hücumundan müdafiə, dəniz, quru və raket silah növləri istehsal etmək üçün heç bir ölkədən icazə almır.

İranın müdafiə naziri general-mayor Əmir Hatəmi bu gün IRIB ilə müsahibədə əlavə edib: Bəzilərinin İranla təhdid dili ilə danışdıqları zamanadək İranın müdafiə bünövrəsinin gücləndirilməsi qüdrətlə davam edəcəkdir.

General Hatəmi İranın müdafiə sənayesinin yerli olmasını vurğulayaraq, deyib: Dəniz döyüş sistemləri, hava hücumundan müdafiə və quru döyüş sursatları, eləcə də raket növləri tamamilə İran məhsullarıdır və iranlı mütəxəssislər bu yolu davm etdirəcəklər. 

İranın müdafiə naziri İran İslam Respublikasının müdafiə siyasətini önləyici siyasət adlandırıb və belə deyib: İslami İran heç bir təhdid, sanksiya və təzyiqin təsiri altına düşmür və İranın müdafiə üsulları mövcud təhdidlərlə mütənasib surətdə hazırlanır.

General-mayor Hatəmi həmçinin bildirib ki, İranın Müdafiə Nazirliyi öz silahlarının istehsalını düşmənin düşüncəsinə əsasən qurur. O, əlavə edib: İranın müdafiə və raket perspektivi təhdidlərin növləri və tərkibi ilə mütənasib olur və İrana qarşı hücum barədə hər bir söz-söhbət düşmənlərin regional siyasətlərinin uğursuzluğunun nəticəsidir.