Sen 24, 2017 09:58 Asia/Baku
  • Zərif: ABŞ nüvə anlaşmasına hörmətlə yanaşmalıdır
    Zərif: ABŞ nüvə anlaşmasına hörmətlə yanaşmalıdır

İran İslam Respublikası xarici işlər naziri Əhatəli Müştərək Təşəbbüs Proqramını Təhlükəsizlik Şurasının dəstəyinə malik beynəlxalq anlaşma adlandırıb və bildirib: Hamı, o cümlədən ABŞ nüvə anlaşmasına hörmətlə yanaşmalıdır.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif şənbə günü İBMT-də Omanın daimi nümayəndəliyində təşkil olunan İran, Oman və Hindistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün sonunda əlavə edib: Nüvə anlaşması yaxşı şəkildə işləyir. 

İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayından icra olunub. Lakin bu qrupun üzvlərindən biri ABŞ hökuməti nüvə anlaşmasının icrasından boyun qaçırır. 

ABŞ prezidenti Donald Tramp həmişə nüvə anlaşmasının digər tərəflərinin mövqelərinə zidd olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramını dəhşətli anlaşma adlandırıb və onun ləğv edilməsini istəyib. Lakin dünya ABŞ prezidentinin bu hərəkətinə qarşıdır.