Sen 24, 2017 11:24 Asia/Baku
  • Laricani: ABŞ rəsmiləri vəsvəsəyə düçar olublar
    Laricani: ABŞ rəsmiləri vəsvəsəyə düçar olublar

İran İslam Şurası Məclisinin sədri ABŞ prezidentinin İran əleyhinə açıqlamasına reaksiyada deyib: ABŞ rəsmiləri vəsvəsəyə düçar olublar. Çünki bu ölkənin sabiq rəsmiləri İŞİD terror qruplaşmasını yaratmaq və dəstəkləməyi etiraf ediblər.

Tramp ötən çərşənbə axşamı günü BMT Baş Assambleyasının sessiyasında regionda terrorçularla mübarizədə əsas qütblərdən biri olan İran İslam Respublikasını terrorizmi dəstəkləməmkdə suçlayıb. 

İran parlamenti informasiya agentliyinin məlumatına görə, Əli Laricani bazar günü parlamentin plenar iclasında deyib: ABŞ prezidentinin məqsədi İranda rifa və şəraiti dəyişmək və ABŞ-ın əlaltısı hökumətinin təkrarlanmasıdır. Lakin İran xalqı təxminən 40 il öncə Vaşinqtonun əlaltısı olan hökuməti devirdi və demokratiyanı onun alternativi etdi. 

Laricani İranın regionda terrorizmi dəstəkləməsinə dair ABŞ prezidentinin iddiasına toxunaraq bildirib: İŞİD terror qruplaşması ABŞ-ın dəstəyi ilə İraq və Suriyada vətəndaşları al-qana boyadığı zaman İran bu terror qruplaşması ilə mübarizə apardı. 

Laricani ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmaması və onu pozması haqda da deyib: Nüvə anlaşması beynəlxalq anlaşmadır, BMT Təhlükəsizlik Şurası onu təsdiqləyib və dünya ölkələri bu anlaşmanı dəstəkləyiblər. 

İranın qanunvericilik orqanının rəhbəri həmçinin İranın müdafiə, əsasən də raket sektorunun möhkəmləndirilməsini vurğulayaraq deyib: Önləyicilik istiqamətində müdafiə strukturlarının gücləndirilməsi ölkənin müdafiə strategiyasının bir hissəsidir. İran həmişə öz qonşuları ilə sülh və qarşılıqlı hörmət əsasında yaşamışdır. 

İran parlamentinin sədri kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsi ehtimalı haqda da deyib: İran ən çətin şəraitdə İraq və Kürdüstan bölgəsinə kömək edib və hazırda İraq xalqının yeni böhranın təhlükələrini görməməzliyə vura bilməz. 

Teqlər