Sen 24, 2017 14:27 Asia/Baku
  • Zərif: ABŞ etimad ediləsi olmadığını sübuta yetirdi
    Zərif: ABŞ etimad ediləsi olmadığını sübuta yetirdi

"ABŞ Əhatəli Müştərək Təşəbbüs Proqramını pozub və etimad ediləsi deyildir."

İRİB-in məlumatına görə, Bunu CNN televiziyası ilə müsahibədə İran xarici işlər naziri deyib.

Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ-ın nüvə anlaşması qarşısındakı siyasəti bu ölkəni bütün sahələrdə və bütün ölkələr qarşısında etimad edilməyən ölkəyə çevirir. Zərif nüvə anlaşmasının bəzi maddələrinin vaxtının başa çatması ilə əlaqədar Birləşmiş Ştatların iddiasını rədd edərək bildirib: Trampın sözləri bu beynəlxalq anlaşma haqda yetərli məlumatın olmamasından qaynaqlanır. İran xarici işlər naziri İslam Respublikasının raket fəaliyyəti haqda da deyib: Bu fəaliyyətlər sülhməramlıdır və İranın düşmən qarşısında özünü müdafiə etməsi üçün ona ehtiyacı vardır.

İran xarici işlər nazirinin Amerikanın CNN televiziyası ilə müsahibədə açıq-aydın sözləri.

BMT Baş Məclisinin sessiyasının kənarında Amerikanın Nyu-York şəhərində görüşlər keçirən Zərif İranın siyasətlərinin açıqlanması və qərb mediaları ilə müsahibələrin davamında bu dəfə CNN-in qonağı oldu. Cənab Zərif bu müsahibədə nüvə anlaşmasının təfərrüatının açıqlanmasında onu beynəlxalq anlaşma adlandırıb və deyib: ABŞ-da yanlış nəticə vardır. Deyirlər ki, nüvə anlaşmasında müddətinin başa çatması haqda maddə vardır. Amma reallıq bu deyil. Əksinə İranın hüququ haqda nüvə anlaşması məhdudiyyətlərinin müəyyənləşmiş on illik müddəti vardır. Zərif hər bir anlaşmada alverin olduğunu və heç bir anlaşmanın mükəmməl olmadığını deyib. Çünki uğurlu anlaşma üçün tərəflər bütün tələblərini əldə edə bilməzlər və anlaşmaya çatmanın əsas şərti elə budur. İran xarici işlər naziri Trampın sözlərinin həmin aşkar məsələni dərk etməməkdən qaynaqlandığını bildirib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Trampın söbhətləri tam məlumatın olmamasından qaynaqlanır və reallığı əks etdirmir. Nüvə anlaşması, barəsində müzakirə olunan anlaşmadır. Elə buna görə, bizim istədiyimizin hamısı onda yoxdur və mütləq Amerikanın istədiyinin hamısı yoxdur. Biz heç kimin sevmədiyi anlaşmanı əldə etdik. Anlaşma mükəmməl olmamalıdır ki, iki tərəf razılaşma əldə edə bilsinlər və bunu ABŞ prezidenti dərk etməyib.

İran xarici işlər naziri bildirdi ki, nüvə anlaşmasının doğruluğunun sınaqdan keçirilməsi üzrə yeganə qurum Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdir və Birləşmiş Ştatlar daxilində nüvə anlaşmasının təsdiqlənməsi məsələsinin daxili prosesi vardır. Zərif Amerikanın nüvə anlaşmasından çıxması ehtimalı haqda deyib: Nüvə anlaşmasını təsdiqləmək razılaşmanın bir hissəsi deyildir və belə bir proses ABŞ-ın məsuliyyətdən boyun qaçıra bilməsinə səbəb olmur. O qeyd etdi ki, İranın ABŞ-ın bütün seçimləri üçün seçimi vardır.

Məhəmməd Cavad Zərifin sözlərinə görə, İran bu prosesin nəticələrinə baxır və öz seçimlərini araşdıracaq. İranın bir çox seçimi vardır. Bunlar, nüvə anlaşmasından çıxmaq və yüksək sürətlə nüvə proqramına qayıtmağa şamil olur. Əlbəttə bu proqram sülhməramlı olaraq qalacaqdır. Amma bu halda, könüllü şəkildə qəbul etdiyimiz məhdudiyyətlər öz gücünü itirəcək.

Xarici işlər naziri ABŞ-ın nüvə anlaşması qarşısındakı təlatümlü davranışını bu ölkənin proqnozedilməzliyinin nişanəsi adlandırıb və deyib: ABŞ etimad edilməz olduğunu sübut edib və dünyanın ABŞ-a bu baxışı qlobal səviyyədə bu ölkə üçün böhranlıdır. Çünki artıq heç bir ölkə və qurum Birləşmiş Ştatların söz və vədinə etimad etmək istəmir. Zərif bildirib ki, İran etimadlı şərik olduğunu sübuta yetirib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 7 hesabatı vardır və bu önəmli məsələni bəyan edir.  

 

Teqlər