Sen 24, 2017 17:38 Asia/Baku
  • Təhlükəsizlik və dinclik İranın şimal-qərbindəki təlimlərin müraciətidir
    Təhlükəsizlik və dinclik İranın şimal-qərbindəki təlimlərin müraciətidir

Məhərrəm Təhlükəsizliyi Hərbi Təlimlərinin sözçüsü bu təlimlərin uğurlu olduğuna toxunaraq deyib: Məhərrəm Təhlükəsizliyi Hərbi Təlimlərinin mesajı dostların təhlükəsizliyi üçün sülh və dostluqdur.

Məhərrəm Təhlükəsizliyi Hərbi Təlimlərinin əsas mərhələsi bu gün səhər İranın şimal-qərbində piyada qüvvələr, zirehli, hərbi hava qüvvələri və raket qüvvələrinin iştirakı ilə başlanıb. 

General-leytenant Həbib Şəhsəvari Məhərrəm Təhlükəsizlik hərbi təlimlərinin əsas mərhələsinin Qərbi Azərbaycan vilayətinin tabeliyində olan Uşnəviyyə bölgəsinin yüksəkliklərində başlandığına toxunaraq deyib: Bu mərhələdə ağır arsenal təchizatının atəşi, komandoslar və S27T tanklarının dəstəyi ilə həyata keçirilib. 

Sepahın quru qoşunları komandanı general Məhəmməd Pakpur bu hərbi təlimlərin kənarında Sepahın quru qoşunlarının daim və davamlı şəkildə təlimlər keçirdiyini bəyan edərək deyib: Hərbi təlimlərin keçirildiyi məkan keçmişdə əks-inqilabçıların xoşladığı bölgələrdən idi. Sepahın hərbi təlimlər və güclü əməliyyatlar keçirilməsi ilə həmin bölgələr şər qüvvələr və əks-inqilabçılardan təmizləndi. 

Teqlər