Sen 25, 2017 10:26 Asia/Baku
  • Zərif: Trampın iranlıların dərdinə şərik çıxmasını ağ yalan adlandırıb
    Zərif: Trampın iranlıların dərdinə şərik çıxmasını ağ yalan adlandırıb

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidentinin iranlıların dərdinə şərik çıxmasını yalan və təhqiramiz adlandırıb.

Məhəmməd Cavad Zərif bazar günü axşam öz Tvitter hesabında paylaşdığı yazıda ABŞ hökumətinin miqrasiya ilə bağlı yeni qərarına reaksiya olaraq deyib: Yeni miqrasiya qanunu və yeni səfər qadağaları İran vətəndaşlarına qarşı hörmətsizlikdən başqa bir şey deyil. 

ABŞ hökumətinin miqrasiya ilə bağlı yeni qərarına əsasən Şimali Koreya, Çad, İran, Liviya, Somali, Suriya, Venesuela və Yəmən vətəndaşlarına ABŞ-a səfərlə bağlı məhdudiyyətlər tətbiq edilib. 

Teqlər