Sen 28, 2017 18:17 Asia/Baku
  • Qazaxıstan gəmi qrupunun komandanı Ənzəli limanının icra başçısı ilə görüşüb
    Qazaxıstan gəmi qrupunun komandanı Ənzəli limanının icra başçısı ilə görüşüb

Qazaxıstanın sülh və dostluq gəmi qrupunun komandanı kapitan niyazbəyov İranın şimalında yerləşən Ənzəli liman şəhərinin icra başçısı Mir Şəms Möminzadə ilə görüşüb.

Qazaxıstanın sülh və dostluq gəmi qrupu dostluq missiyası çərçivəsində dünən Ənzəli limanına daxil olub.

İRNA-nın verdiyi məlumata görə, Ənzəli icra başçısı Mir Şəms Möminzadə bu gün bu görüşdə İran ilə Qazaxıstan arasında tarixi və mədəni ortaqlıqlara toxunaraq əməkdaşlıqların daha da genişləndirilməsini vurğulayıb.

Görüşdə Qazaxıstan gəmi qrupunun komandanı kapitan Niyazbəyov da deyib: Bu səfər Xəzər dənizində sülh və dostluğun inkişafı və təhlükəsizliyin davam etməsi müraciəti ilə baş tutur.

Niyazbəyov deyib: Qazaxıstan prezidenti İran ilə ticarət və iqtisadiyyat sahələrində əlaqələrin inkişafını gündəmdə saxlayır və Qazaxıstan gəmi qrupunun səfəri də İranla qarşılıqlı münasibətlərin genişləndirilməsi istiqamətində baş tutub.

Teqlər