Sen 30, 2017 09:41 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Tasua gecəsi əzadarlıq mərasimi
    İnqilab Rəhbərinin iştirakı ilə Tasua gecəsi əzadarlıq mərasimi

İmam Hüseyn (ə) Tasuası gecəsinin əzadarlıq mərasimi İslam İnqilabının Böyük Rəhbəri, rəsmilər, minlərlə vətəndaşın iştirakı ilə İmam Xomeyni (rə) hüseyniyyəsində təşkil olunub.

Bu mərasimdə Höccətülislam Rəfii islam müharibələrində mənəviyyatın hakimiyyətini bu müharibələrin ən önəmli xüsusiyyəti adlandırıb.

Həzrət Məhəmmədin (s.ə.s) səhabələrə və İmam Hüseynin (ə) səhabələrə müharibələrdə dua, namaz və Allahı zikr etmələrini məsləhət görmələri və onların fikrində cihadın bütün dünyəvi məsələlərdən üstün olmasına dair tarixi nümunələri misal göstərən Höccətülisalm Rəfii deyib: Allah yolunda cihad Cənnət qapılarından biridir, mücahidlər istər qalib, istərsə də məğlub olsunlar, Quran-Kərimin hökmü ilə böyük ilahi mükafata şamil olacaqlar. 

Bu mərasimdə həmçinin Əhli-Beyt (ə) məddahları Həzrət İmam Hüseyn (ə) və Həzrət Əbülfəzlin (ə) müsibətləri haqda növhələr oxuyublar. 

Teqlər