Okt 01, 2017 20:47 Asia/Baku
  • İslami İran Seyyidəşşühədanın şami-qəriban gecəsində matəm içindədir

Əba Əbdillahil-Hüseynin(ə) şami-qəriban mərasimi bu gecə İranın hər bir yerində məscidlər , hüseyniyyələr və təkiyələrdə keçirildi.

İranda milyonlarla insan məscid, hüseyniyyə və təkiyələrdə məğrib və işa namazı qıldıqdan sonra  Əba Əbdillahil-Hüseynin(ə) və o həzrətin köməkçilərinin müsibətində və şiələrin 3-cü imamının balalarının əsir götürülməsi münasibəti ilə  şami-qəriban mərasimində iştirak edərək kərbəla qəriblərini yad edib.

Əzadarlar əllərində yanar şam Kərbəla müraciətçisi Həzrət Zeynəbi Kübra(s) və Neynəva çölü əsirləri ilə həmdərdlik nümayiş etdiriblər. Kərbəlada da minlərlə imam Hüseyn (ə) zəvvarı şami-qəribanı xatırlayaraq göz yaşları axıdıb. 

Şami-qəriban İmam Hüseynin(ə) əhli-beyti və Kərbəla hadisəsindən qalan əsirlər və uşaqların didərginliyini yad etmək deməkdir. Onlar Aşura günü günəş batandan sonra gecə qaranlığında Kərbəla çölündə pənahsız qaldılar. 

Bu gün İran xalqı özünü ələ ala bilmirdi. Aşura günü milyonluq matəm mərasimlərindən sonra gecə nalələri və göz yaşları başladı. Bu gecə Hüseynin(ə) şami-qəriban gecəsidir. Bu gücə qəriblik gecəsidir. 

Teqlər