Okt 05, 2017 11:11 Asia/Baku
  • İbrahim Rəhimpur
    İbrahim Rəhimpur

İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini regional proseslər, ABŞ prezidentinin dəyişilməsini Türkiyənin siyasətlərinin dəyişilməsi və məntiqli addımların atılmasına səbəb olduğunu bildirib.

İbrahim Rəhimpur çərşənbə gücə İranın 2-ci televiziyasının "Xüsusi Dialoq" proqramında deyib: Suriya olayları, İŞİD terror qruplaşmasının zəifləməsi, Qətər və Ərəbistan arasındakı böhran, ABŞ prezidentinin dəyişilməsi Türkiyənin regiondakı davranışının dəyişilməsinin səbəblərindəndir. 

İran xarici işlər nazirinin müavini İran və Türkiyə prezidentlərinin son illərdə çoxlu görüşlərinə toxunub və deyib: Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın Tehrandakı görüşü misilsiz idi. Çünki iki tərəf iki sərhədin sutkalıq fəaliyyət göstərməsi, gələn həftədə bank anlaşmalarının imzalanması kimi bir çox məsələ haqda razılığa gəldilər. 

Rəhimpur İran və Türkiyə prezidentlərinin müzakirələrinin mehvərini Suriya və İraq məsələləri, İraq Kürdüstanında referendum məsələsi adlandırıb və deyib: İranın qənaətincə, Suriya kimi İraq üçün də başqa ölkələr qərar verməməlidir və bu ölkənin ərazi bütövlüyü qorunmalıdır. 

İran xarici işlər nazirinin müavini həmçinin İraq Kürdüstanında referendumun keçirilməsinin Ankara-Bağdad əlaqələrinin yaxşılaşmasına səbəb olduğunu bildirib və əlavə edib: İran, Türkiyə və İraqın həmrəyliyi ilə yaranan yol kürdləri onlar üçün çəkilən yolu dəyişməyə məcbur edəcək. 

Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum beynəlxalq səviyyədə və İraq hökumətinin reaksiyasına rəğmən 25 sentyabrda Məsud Barzaninin şəxsi istəyi əsasında keçirildi. 

Teqlər