Okt 09, 2017 17:45 Asia/Baku
  • İran ilə EKO bankı arasında sənəd imzalanıb
    İran ilə EKO bankı arasında sənəd imzalanıb

İran ilə İqtisadi Əməkdaşlıq Təşkilatı EKO-nun inkişaf və ticarət bankı arasında Ankarada razılaşma sənədi imzalanıb.

İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası tərəfindən Mərkəzi Bankın beynəlxalq məsələlər üzrə baş direktoru Hüseyn Yəqubi və İƏT tərəfindən bu təşkilatın inkişaf və ticarət bankının müdir müavini Bürhanəddin Aktaş tərəfindən imzalanan bu razılaşma sənədi, İƏT bankının İİR-da ofisinin fəaliyyəti çərçivəsini müəyyənləşdirir. 

Bu razılaşma sənədi EKO bankının İranda fəaliyyətinin genişlənməsinə imkan yaradacaq. 

İƏT bankı həmçinin lazımı maliyyə infrasturuktur yaratmaqla təşkilat üzvləri arasında ticarətin genişləndirilməsində təsirli rola malik ola bilər. 

Öncə İƏT bankı ilə Türkiyə və Pakistan dövlətləri arasında da oxşar sənədlər imzalanmışdı.

Teqlər