Okt 10, 2017 14:01 Asia/Baku
  • Salehi İtaliya Milli Fizika İnstitutunda olub
    Salehi İtaliya Milli Fizika İnstitutunda olub

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi dünən İtaliyanın təhsil, universitetlər və elmi araşdırmalar naziri Valeria Fedeli ilə görüşdən sonra bu ölkənin Milli Fizika İnstitutunda olub.

Salehi italiyalı nazirlə görüşünü faydalı və müsbət adlandıraraq, deyib: İki ölkə arasında son dərəcə müsbət atmosfer mövcuddur və nüvə anlaşmasından sonra daha geniş miqyas alıbdır.

"İtaliyanın elm, sənaye və modern texnologiya məsələlərində İranla həmkarlığa marağı, həmçinin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıqlar imkanı aydın şəkildə hiss olunur" deyən Əli Əkbər Salehi əlavə edib: Bu görüşdə müxtəlif sahələr üzrə həmkarlıq müzakirə və təkid olunub ki, xas layihələr barədə müştərək investisiya həyata keçirilsin.

İranın vitse-prezidenti sonra deyib: Nəzərdən keçirilən layihələrdən biri, müxtəlif miqyaslarda "Kvantomi" texnologiya layihəsi olubdur ki, onun barəsində araşdırmanın aparılması qərara alınıbdır.

İtaliyanın təhsil, universitetlər və elmi araşdırmalar naziri də deyib: İranın nüvə anlaşmasına sadiqliyi bu ölkə üçün olduqca mühümdür və Roma bu anlaşmanın icrasına dəstək verir.

Valeria Fedeli həmçinin ümidvarlıq edib ki, ikitərəfli əməkdaşlıqlar daha da möhkəmlənəcək.

Teqlər