Okt 12, 2017 15:44 Asia/Baku
  • İran-Azərbaycan beynəlxalq velosiped yarışının 5-ci mərhələsinə start verildi
    İran-Azərbaycan beynəlxalq velosiped yarışının 5-ci mərhələsinə start verildi

32-ci Beynəlxalq İran-Azərbaycan Velosiped Turunun 5-ci mərhələsinə cümə axşamı start verilib. Səreyn şəhərində yerləşən Lalə otelinin önündən yola çıxan velosipedçilər 191 kilometrlik məsafəni geridə qoyduqdan sonra Təbriz şəhərinə çatmalıdırlar.

Bu müsabiqədə iştirak edən 73 yerli və xarici velosipedçi 2 dağlıq və 2 özəl yola malik olmuş olacaqlar. Səreyn - Təbriz yolunda velosipedçilər dəniz səviyyəsindən ən az 1488 metr və ən çox 2179 metr hündürlüyü təcrübə edəcəklər.

Cari oktyabr ayının səkkizindən başlayaraq 13-ünə kimi davam edəcək 32-ci Beynəlxalq İran - Azərbaycan Velosiped Turu 6 mərhələdən ibarətdir və  ümumilikdə 1010 km məsafəyə malikdir.

Yarışların 1-ci mərhələsində Hollandiyalı velosipedçi Korsi Kasi Coren, 2-ci mərhələsində Qazaxıstanlı velosipedçi Aleksey Voloşin, 3-cü mərhələsində İrandan Təbrizli velosipedçi Səid Səfərzadə və 4-cü mərhələsində də İrandan Yəzdli velosipedçi Əmir Kolahduz yarışı birinci yerdə başa vurub.

Teqlər