Okt 12, 2017 19:10 Asia/Baku
  • General Leytenant Əmir Hatəmi
    General Leytenant Əmir Hatəmi

İranın müdafiə naziri deyib: İslam İnqilabının Keşikçiləri Korpusu Sepah ən güclü anti-terror qrum olaraq terrorizm ilə mübarizənin ön cəbhəsində yer alır.

General Leytenant Əmir Hatəmi bu gün ABŞ rəsmilərinin və dövlətinin Sepaha qarşı son mövqe və təhdidlərinə reaksiya olaraq deyib: Sepah , ordu və İranın digər silahlı qüvvələri tam bütövlük və vəhdət içində ABŞ dövlətinin düşmən siyasətlər və hərəkətləri qarşısında dayanıb və vasitəsi müharibə və terrorizmin yayılması vasitəsi ilə regionda təhlükəsizliyin sarsıdılmasına imkan verməyəcək. 

İranın müdafiə naziri Sepahın Orta şərq regionunda ən sevilən anti-terror qüvvə olduğunu bildirərək deyib: Sepahı terrorçu adlandırmaq və ona qarşı sanksiya həyata keçirmək bir növ terrorçuluqdur və bu qurumu zəiflətməyə yönəlik hər hansı plan və təşəbbüs region və dünyada terrorizmin və destabilliyin yayılmasına yardım deməkdir. 

General Hatəmi Sepaya qarşı düşmənçi hərəkətlərin pərdə arxasında ABŞ-dakı sionist lobbisinin durduğunu bildirərək deyib: ABŞ prezidenti Donald Trampın seçdiyi yol dünyanı müharibə və qan tökülməsi istiqamətinə yönəldir və Amerika xalqı, eləcə də dünya ziyalıları və ağıllıları bu kimi zorakı və təhlükəli siyasətlərə dözməyəcəklər. 

İranın müdafiə naziri deyib: Tramp, müharibə, zorakılıq və destabilliyə son qoyulması üçün onun hakimiyyətdən uzaqlaşmasını beynəlxalq bir tələbə çevirəcək qərar qəbul etməkdən çəkinsin. 

ABŞ prezidenti özünün İranla nüvə sazişi barədə mövqeyini bildirməkdən əlavə ölkəsinin İrana o sıradan İslam İnqilabının Keşikçiləri Korpusuna qarşı yeni tədbirləri ilə əlaqədar strategiyasını bu günlər elan etməlidir. 

 

 

Teqlər