Okt 13, 2017 10:47 Asia/Baku
  • Banqladeş İrana təşəkkür etdi; Ruhinca müsəlmanlarına olan yardımlarına görə

Banqladeşin səhiyyə və sosial rifah naziri Myanmadan didərgin düşmüş Ruhinca müsəlmanlarına humanitar yardımların edilməsi üzrə səylərinə görə İran İslam Respublikasına təşəkkür edib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Nəsim cümə axşamı Banqladeşin paytaxtı Dakada İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Əli Əsğər Peyvəndi və onu müşayiət edən heyət ilə görüşdə deyib: 700 mindən çox Ruhinca müsəlmanı Banqladeşə sığınıb. 

Məhəmməd Nəsim Ruhinca müsəlmanlarının kütləvi şəkildə Myanma ordusu və buddistlər tərəfindən işgəncə edildiklərini bildirib. 

İranın Səhiyyə Nazirliyi və  Qırmızı Aypara Cəmiyyətinin müdirləri və mütəxəssislərindən ibarət bir qrup çərşənbə günü Banqladeşə səfər edib. Bu səfərdə məqsəd Myanmadan didərgin salınmış Ruhinca müsəlmanlarının vəziyyəti ilə yaxından tanış olmaqdır. 

Çərşənbə axşamı İranın 3-cü humanitar yardım yükü Banqladeşə daxil olub. 

İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti indiyə kimi Banqladeşə, Ruhinca müsəlmanlarına 130 ton humanitar yardım yükü göndərib. 

Teqlər