Okt 17, 2017 13:37 Asia/Baku
  • Vilayəti: Barizani öz səhvini düzəltməlidir
    Vilayəti: Barizani öz səhvini düzəltməlidir

İranın quruluşun məsləhət şurasının üzü İraqın Kərkük şəhərində baş verən hadisələrə toxunaraq deyib: İraq Kürdüstanının başçısı Məsud Barizani öz səhvlərini qəbul etməli və onları düzəltməlidir.

Əli Əkbər Vilayəti bu gün Tehranda Fransa dövlətinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Frank Jule ilə görüşündən sonra müxbirlər qarşısında etdiyi çıxışında deyib: İraq Kürdüstanı bölgəsinin əhalisinin əksəriyyəti Məsud Barizaninin əleyhinədir məhz buna görə kürdlər Kərkükü heç bir toqquşma olmadan İraqın qanuni dövlət qüvvələrinə təhvil verdilər. 

Vilayəti İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Kərkük əməliyyatının komandanlığında rolu olmasına dair iddianı rədd edərək deyib: İraq dövləti güclüdür və İraq xalqı da birlikdədir, İraq ordusu və xalq qüvvələri İŞİD qarşısında öz qorxmazlığını və kifayət etdiyini nümayiş etdirdi. 

İraqın baş naziri Heydər Əl-İbadi bazar günü kürd peşmərgələrin Kərkükdən geri oturmaları üçün təyin etdiyi 72 saatlıq möhlət sona çatdıqda iraqlı qüvvələrin Kərkükə nəzarəti və regiondakı neft quyularının geri alınmasına dair əməliyyatın başlanılması əmrini verdi. İraqlı qüvvələri bu istiqamətdə böyük nailiyyətlər qazanıblar. 

Teqlər