Okt 18, 2017 09:53 Asia/Baku
  • İran Silahlı Qüvvələri Baş Qərargahı rəisi  Suriyaya daxil oldu

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi hərbi bir heyətin müşayəti ilə çərşənbə axşamı Suriyanın paytaxtı Dəməşqə daxil olub.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Suriyanın müdafiə naziri və Suriya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin dəvəti ilə bu ölkəyə səfər edən Silahlı Qüvvələri Baş Qərargahı rəisi ordu generalı Məhəmməd Baqeri Suriya prezidenti və bu ölkənin hərbi rəsmiləri ilə görüşüb, danışıqlar aparmalıdır. 

İran və Suriya arasında hərbi-müdafiə əməkdaşlıqlarının artırılması, terrorizm ilə mübarizədə məsləhətləşmələr və əməkdaşlıqların davam etdirilməsi habelə, regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi yolları Silahlı Qüvvələri Baş Qərargahı rəisi ordu generalı Məhəmməd Baqerinin Dəməşqə olan səfəri zamanı diqqət mərkəzində saxlanılacaq mövzulardırlar. 

Teqlər